Tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır - Nazir

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.

Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

“Biz hazırda konseptual mərhələdəyik. İşin mahiyyəti saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirməkdir. Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir.

 Yaxın həftə ərzində ictimaiyyətə mövu ilə bağlı geniş açıqlama verəcəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın. Yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Müəllim yüksək əməkhaqqı üçün həddən artıq dərs yükü götürməli olmayacaq.

Milli Məclisdəki çıxışda gələcəyə doğru bəzi fikirləri paylaşmışıq. Təəssüf ki, nazirlik detalları açıqlamamış bir çox tərəflər mövzu ilə bağlı geniş detallara varıblar. Mən Elm və Təhsil Nazirliyinin mövzu ilə bağlı növbəti açıqlamalarını gözləməyinizi tövsiyyə edərdim”, - nazir əlavə edib.//Trend