Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Şəmsiyyə Kərimovanın 70 illik yubileyi ilə əlaqədar videoçarx hazırladı.

Videoçarxda jurnalistin həyat və yaradıcılığının əsas məqamları, təltifləri, ziyalılarımızın Ş.Kərimova haqqında dedikləri dəyərli fikirlər yer alır.

Videoçarxda qeyd olunur ki, Ş.Kərimova uşaq yaşlarından tez-tez mətbuatda çıxış edirdi, məqalələri o dövrün qəzetlərində mütəmadi olaraq çap olunurdu. Ali təhsilini jurnalistika ixtisası üzrə aldıqdan sonra daim jurnalistika sahəsinə qədəm qoydu.

2010-cu ildə Şəmsiyyə Kərimova Milli Mətbuatımızın 135 illiyində ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.  

Əməkdar jurnalistin 2017-ci ildə “Şəmsiyyənin kitabı”, 2025-ci ildə isə “Özüm, sözüm, izim” adlı kitablarının işıq üzü görməsi barədə izləyicilərə məlumat verilir.  

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib: