“Beynəlxalq Ordu Oyunları-2019”a hazırlıq davam edir - VİDEO
Avqustun 3-dən 17-dək “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçiriləcək müxtəlif müsabiqələrdə iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçularının hazırlığı davam edir.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, “Tank biatlonu” və “Snayper həddi” müsabiqələrinə qatılan tank heyətləri və snayperlərin təlim poliqonunda hazırlıq məşqləri keçirilib.

