Ötən il Bakı metrosundan 227 milyona yaxın sərnişin istifadə edib
2025-ci ildə “Bakı Metropoliteni” QSC-dən 227 milyona yaxın sərnişin istifadə edib.
QSC-dən bildirilib ki, ötən ilin ən çox sərnişindaşıyan stansiyalarına “Koroğlu” liderlik edib. NFC ödəniş sistemi cəmi 2 ay ərzində milyonlarla istifadə ilə metroda rəqəmsal rahatlığın təminatına çevrilib. Əvvəlki illə müqayisədə 10,6 faiz daha çox sərnişin isə "Əlçatan metro" xidmətindən yararlanıb.

