2026-cı ilin yubilyarları Mədinə Gülgün və Cek Londona həsr olunmuş videoçarxlar hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada tanınmış şair, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün 100 və görkəmli Amerika yazıçısı Cek Londonun 150 illik yubileylərinə həsr olunmuş videoçarxlar və kitab sərgiləri hazırlandı.
“Mən bu ömrü yaşadım” adlı videoçarxda ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlayan tanınmış şair Mədinə Gülgünün həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda M.Gülgünün bir neçə kitabı nümayiş olunur, görkəmli şəxsiyyətlərin Mədinə Gülgün haqqında fikirləri təqdim olunur. İzləyicilərə şairin təltifləri və haqqında çəkilmiş filmlər haqqında da məlumat verilir.
Videoçarx bəstəkar Cavanşir Quliyevin Mədinə Gülgünün sözlərinə bəstələdiyi “Məhəbbət olmayanda”, “Sən gəlməz oldun”, “Apar məni” mahnıları ilə müşayiət olunur.
Görkəmli Amerika yazıçısı, ictimai xadim, sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi olan Cek Londonun 150 illik yubileyinə həsr olunmuş videoçarxda yazıçının həyat və yaradıcılığı, əsərləri və onların motivləri əsasında çəkilmiş filmlər haqqında məlumat verilir. Qeyd olunur ki, yazıçı çox da uzun olmayan yazıçılıq həyatı boyunca 40 kitab ərsəyə gətirmişdi, onun hekayələri, məqalələri 70 dilə tərcümə edilmişdir. C.Londonun əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.
Videoçarxı “Ağ diş” və “Martin İden” filmlərinin musiqiləri müşayiət edir.
“Mədinə Gülgün – 100” və “Cek London – 150” kitab sərgilərində yubilyarların ən məşhur əsərləri oxuculara təqdim olunur.
Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib:

