Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.
Spiker təklif edib ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

