Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib

Fevralın 26-sı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəhbərliyi tərəfindən abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirilib.