XİN İranın hücumundan sonra dəstək bəyanatları verən ölkələrə təşəkkür edib

İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının ərazisinə həyata keçirdiyi hücumdan sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi minnətdarlığımızı bildiririk.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.

“Azərbaycana göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verilən aydın dəstəyi yüksək qiymətləndiririk.

Bu müddət ərzində Azərbaycanın yanında olan bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - paylaşımda qeyd edilib.