Geoloji Kəşfiyyat Agentliyi: Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb
Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.
Yerveinsan.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır, aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

