Elçin Əmirbəyov: Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır

Azərbaycanın geosiyasi mövqeyi, strateji keçid yolu üzərində yerləşməsi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarır.

Bu fikri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel iclasda səsləndirib.

“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib”, - deyə o, bildirib.//Azərtac