“İqlim dəyişmələri və karbon izi” mövzusunda maarifləndirici təlim təşkil olunub

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov tərəfindən Nazirliyin əməkdaşları üçün “İqlim dəyişmələri və karbon izi” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə iqlim dəyişmələrinin qlobal və regional təsirləri, istixana qazı emissiyalarının azaldılması yolları, mitiqasiya və adaptasiya tədbirləri, həmçinin karbon izinin hesablanması prinsipləri barədə məlumat verilib.

Bununla yanaşı, IPCC metodologiyaları əsasında hesablamaların aparılması əməkdaşlara öyrədilib, mövzu üzrə praktik nümunələr üzərində izahlar verilib.

Eyni zamanda, iştirakçılara gündəlik fəaliyyətlərində karbon izinin azaldılması üçün praktik yanaşmalar izah olunub, müvafiq sahədə beynəlxalq təcrübə təqdim edilib.

Görüş çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.