Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib 

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də ölkəmizə səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş katib Martin Çunqonqu və xanımı Stella Çunqonqu Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə digər rəsmi şəxslər qarşılayıblar.