Kaya Kallas Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

Yerveinsan.az bildirir ki, bu barədə Trend Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir.

Məlumata görə, ali nümayəndə səfər çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.