Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramı - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Fürsətdən istifadə edərək Rusiyanın və Azərbaycanın xüsusi xidmətlərinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinin və sabit inkişafının bundan sonra da etibarlı qarantı olacaq əməkdaşlığının inkişafına göstərdiyiniz diqqətə və davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

 

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru