Əmək və əhalinin sosial müdafiəsi naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 24-də Zəngilan rayonunda Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar iyulun 14-dən 16-dək Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

