“İqlim haqqında” qanun layihəsi üzrə İşçi Qrupun ilk iclası keçirilib

“İqlim haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.


Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclasda qanun layihəsinin məqsədi, əsas müddəaları və tətbiq mexanizmləri, iqlim dəyişmələri ilə mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də mitiqasiya, adaptasiya mexanizmləri müzakirə olunub. İclasda iştirakçıların rəy və təklifləri dinlənilib, qanun layihəsinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması, istixana qazı emissiyalarının idarə olunması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və ölkənin yaşıl inkişaf hədəflərinə töhfəsi vurğulanıb.


Yekunda qanun layihəsinin daha da təkmilləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.