Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Samir İsmayılov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd narkotik xassəli kol, eləcə də sellofan torbada qablaşdırdığı narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

