Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Samux Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 
Əmrə əsasən, polkovnik-leytenant Musayev Fikrət Kamal oğlu RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

Qeyd edək ki, F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib.