Disney izləyicilərinə cizgi filmlərindəki irqçilik barədə xəbərdarlıq edib

Noyabrın 12-də işə başlayan “Disney +” axın xidməti tamaşaçıların qəzəbinə səbəb olub.

İstifadəyə verildikdən dərhal sonra yayımda baş verən nasazlıqlar səbəbi ilə xidmət öz işini dayandırıb.

Nəticədə minlərlə qəzəbli istifadəçi yaranmış problemlər səbəbi ilə şirkəti boykot və şikayət ediblər.

 
Xidmət öz fəaliyyətini bərpa edəndən sonra “Disney”in illər öncə yaratdığı klassik animasiya əsərləridə irqçiliyin olması barədə tamaşaçılarına xəbərdarlıq ünvanlayıb.

“Ledi və avara”, “Junqli kitabı”, “Dumbo” və bir çox digər cizgi filmlərinin yayımlanmasından əvvəl ekranlarda böyük xəbərdarlıq yazıları gəlib. Həmin yazıda “İzləmək istədiyiniz cizgi filmində Amerika cəmiyyəti üçün normal hal olan etnik və irqçilik kimi məqamlar var”.

1955-ci ildə lentə alınan “Ledi və avara” cizgi filmində Siam pişikləri Si və Amın mahnısında qəhrəmanların Asiya tələffüzü ilə ifa etmələri və səhv cümlələr qurduqları üçün tənqid edilib.

Yazıdan məlum olub ki, noyabrın 12-də premyerası olan “Ledi və avara”da Asiya personajlarının ABŞ-da 50-ci illərdə ksenofobiya ilə əlaqəli olan şər və riyakarlıq kimi təqdim olunduğu üçün həmin mahnı animasiya filmindən çıxarılıb.