Qvardiolanın menecerindən "Bavariya" açıqlaması

Josep Mariya Orobitg meneceri olduğu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Bavariya"ya qayıdacağı iddialarına münasibət bildirib.

O, bu iddiaları təkzib edib: "Peplə danışmışam. O, "Mançester Siti"də və bu şəhərdə olmaqdan məmnundur. Qvardiolanın klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onunla bağlı mənimlə heç bir klub nümayəndəsi danışıq aparmayıb".

 
Qeyd edək ki, 48 yaşlı mütəxəssis və ailəsinin Mançesterdə yaşamağa uyğunlaşmaqda çətinlik çəkdiyi və Münhen klubuna qayıda biləcəyi iddia olunurdu.