“Formula-1”də bağlanan yollar nə vaxt açılır?

"Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bağlanan yolların açıqlacağı tarix məlum olub.

Bakı Şəhər Halqasından  verilən məlumata görə, sabahdan, yəni 30 aprel tarixindən etibarən maşınların hərəkəti məhdudlaşdırılan bütün yollar açılacaq.

Qeyd edək ki, bu gündən bulvar ərazisinə giriş də açılıb.