Bu vəzifəyə Rasim Əliquliyevin namizədliyi irəli sürülüb
Azərbaycan Milli Elmlər Akademiyasına yeni vitse-prezident seçilir.
Vitse-prezident vəzifəsinə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin namizədliyi irəli sürülüb.
Hazırda bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında gizli səsvermə keçirilir.
Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edir.

