AMEA-nın yeni vitse-prezidenti seçilib - Rasim Əliquliyev

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.

Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.

 
AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək.