Bakıda ağacları kəsib üstünü torpaqla örtüblər - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

Nazirlikdən verilən məlumata görə araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

 

Fotosessiya