Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib

Bu gün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "Azinterpartlayış-x" MMC-nin direktoru Azər Şükürov, "STAR MİNİNG" MMC-nin direktoru Tural İskəndərov və Mərkəzin direktoru Şahin Məhərrəmov arasında görüş keçirilib. Görüş zamanı hər üç müəssisə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. İlkin olaraq Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin gələcəkdə "Azinterpartlayış-x" MMC-də və STAR MİNİNG” MMC-də praktika keçmələri ilə bağlı razılıq əldə olunub. Görüş zamanı Mərkəzin direktoru Şahin Məhərrəmov bu əməkdaşlığın kadr hazırlığı istiqamətində müsbət nəticələr verəcəyini bildirib.