Bakı–Tbilisi–Bakı qatarının hərəkət cədvəli açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

 
İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.