NİİM: Paytaxtın Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsinə işıqfor quraşdırılıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.

NİİM-dən  verilən məlumata görə, nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün tədbirlərə başlanılıb.

Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla, 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.