Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Sentyabrın 25-də bir sıra rayonlarda hava elektrik verilişi xətlərində təmir və xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Pirkəkə" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək rayonun Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qobuüstü, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bərdə EŞ-yə daxil olan 35 kV-luq "Mustafaağalı" hava xəttinə toxunan ağaclar budanacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Alpout, Bəcirəvan, Çələbilər, Əliyanlı, Əmirli, Hacallı, Xanağalı, Xanərəb, Xəsili, Qaradəmirçi, Qaradırnaq, Qarayusifli, Qazaxlar, Lək, Lənbəran, Mehdili, Məmmədli, Mollalı, Mustafaağalı, Nazırlı, Nifçi, Tumaslı kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Yevlaxın Boşçalı, Hürüuşağı, Salahlı və Tanrıqulular kəndlərinin bir sıra yerlərində 110/35/6 kV-luq "Karxana" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq. Həmçinin 10 kV-luq 3-cü kənd hava xəttində yerinə yetiriləcək təmir işləri zamanı Nemətabad, Nərimanabad və Yeni Çobankərə kəndləri, eləcə də Duzdağ qəsəbəsinin müəyyən hissələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Mingəçevir EŞ-yə daxil olan 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində Birinci Təbriz və İkinci Təbriz küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

