Geologiya və insanlar
İlk dəfə dağa və ya dəniz sahilinə ayaq basan adam möhtəşəm təbiətin əsrarəngiz gözəllliyi və füsnkarlığına valeh olur. Tezliklədə bu heyranlıq insanın planetmizin dərin qatlarında gizlənən və yer səthində özünü büruzə verən möhtəşəm qüvvələrin əzəməti önündə səcdə etməsi ilə əvəzlənir.
Həmin an “görəsən burada uzaq keçmişlərdə nə baş vermişdir?“ sualı meydana çıxır.Tutalım necə ola bilər ki, çay yamac boyu rast gəldiyi süxurları “mişarlayaraq” yumuş və 100 m-lərlə dərinliyi olan dərələr açmışdır.
Dağlarda, dənizlərin uçurumlu sahil ərazilərində, çay vadilərində dağ süxurlarının layları üzə çıxır. Laylarda çox vaxt horizontal, bəzən maili, hərdən isə anlaşılmaz dərəcədə qırışmış vəziyyətdə yatırlar. Geologiyadan, təbiətin sirlərindən agah olmayan adam üçün bu vəziyyəti və bunun başvermə səbəbini anlamaq çətindir. O, sadəcə bu gözəlliyə heyran ola bilər, lakin, təbii laylanma geoloqa-yatmış süxurların “dilini” bilən insana-həmin ərazidə vaxtilə hökmsürən fiziki-coğrafi şərait, uzun illər boyu davam edən geoloji proseslər barədə maraqlı hekayələr nəql edir.
Əslinə baxanda qat-qat, lay-lay toplanmış dağ süxurları planetimizin keçmişi barədə sirləri nəql edən daş kitabələrdir. Hər bir layda və yaxud lay dəstəsində bu tarix bəzən bizə bəlli olmayan müəyyən seçimlərlə, işarələrlə qeyd olunub. Təbiətin öz əli ilə yazılmış həmin “kitabı” oxumağı bacaran geoloq onlarla, hətta yüzlərlə milyon yaşı olan keçmişin tarixini bərpa edə bilir. Soruşula bilər ki, bəs bu müasir geoloqa gərəkdirmi? Sən demə, geoloqlar planetimizin keçmişini müəyyənetməklə, gələcəkdə baş verə biləcək prosesləri də proqnozlaşdıra bilirlər.
Bu günkü geologiya Yerin quruluşunu, maddi tərkibini, formalaşma tarixini və Yerdə gedən geoloji prosesləri öyrənən qohum elmlərin funtamental toplusudur.
Geologiyanın dinamiki (ümümi) geologiya, tektonika, tarixi geologiya, mineralogiya, petroqrafiya, kristalloqrafiya, paleontologiya, geofizika, geokimya, faydalı qazıntı yataqlarının geologiyası ,mühəndisi geologiya, dəniz geologiyası, kosmikgeologiya və s. kimi müxtəlif qolları birgə fəaliyyət göstərir.
Geoloji biliklər bizim planetimizin inkişaf qanunauyğunluqlarını müəyyə etməyə, bir çox faydalı qazıntı yataqlarını aşkar və istismar etməyə imkan verir.
Geologiya, bizə yer səthində baş verən prosesləri dərindən anlamağa, dağ süxurlarının əmələgəlmə qanunauyğunluqlarını, həmçinin dəniz və okeanların, dağların, düzənliklərin və s. yaranmasını bilməyə kömək edir.
Fövqəladə halların baş vermə səbəblərinin öyrənilməsi bizə təbiətin qorxunc və dağıdıcı qüvvələri qarşısında qorxmamağı tövsiyyə edir. Çünki qorxu o zaman başverir ki, hadisələrin səbəbləri və miqyası bəlli olmur. Yer planetində hər şey daxili və xarici geoloji qüvvələrin təsirindən asılıdır. Bu dəyişikliklərin sürəti müxtəlifdir.İlk baxışda adama”əbədi”görünən dağ silsilələri, vulkanlar, dərələr, çaylar və dənizlər zaman keçdikcə dəyişir, lakin, bu dəyişiklik o qədər yavaş gedir ki,onu nəinki bizim hər birimiz,heç bir neçə ardıcıl nəsil də hiss etmir.
Lakin, bəzi geoloji proseslərin ani olaraq baş verməsi nəticəsində böyük fəlakətlər törənir. Yerin bəzi guşələrində güclü zəlzəzələlər, subasmaları, smerçlər, tayfunlar baş verir ki, bütün bunlar da binaların, nəqliyyat şəbəkələrinin dağılmasına və insan tələfatına səbəb olur.
Vulkanların fəaliyyəti təbiətdə ən dağıdıcı və dəhşətli hadisələrdir.Belə ki, İtaliyadaki Vezuvi və Etna, İndoneziyadakı Krakatau və ABŞ-dakı Katmaya vulkanlarının fəaliyyətinin nəticələriçox insanlara bəllidir. Adətən, əksər hallarda vulkanların püskürməsi insanlara bədbəxtlik və dağıntılar gətirir.Eyni zamanda vulkanlarbaş verdiyi ərazilərin torpağının məhsuldarlığı qat-qat artır.
İnsan cəmiyyətinin ehtiyacları üçün ən zəruri olan nemətlərdən biri də mineral resurslardır.Bəşəriyyət öz tarixi boyu faydalı qazıntıların çıxarılması,emalı və istifadə olunmasıiləəlaqədar bir çox sadə və mürəkkəb texnologiyalar işləyib hazırlamışdır.Metalları,yanacağı, gübrələri, inşaat materiallarının, kimya sənayesi üçün zəruri olan materialların hamısını bizə doğma Yer vermişdir. Lakin,onlarınhamısını aşkar etmək və bəşəriyyətin xidmətinə təqdimetmək üçün geologiyanı dərindən bilmək və xüsusi geoloji tədqiqatların aparılması vacibdir.
Faydalı qazıntılar şaxtalar, karxanalar və buruq quyuları vasitəsilə çıxarılır. Yüksək istehsal gücünə malik olan mexanizmlər tədbiq etməklə yerin təkindən böyük miqdarda qiymətli kompanentlər çıxarılır.Lakin,həmin faydalı qazıntılar uzaq keçmişlərdə onlarla milyon illər ərzində təşəkkül tapmışlar.Bəzi mineral xammal növlərinin uzun müddət və intensiv çıxarılması onların ehtiyatlarının tükənməsinə gətirib çıxarmışdır.Bu isə insanların yer təki sərvətlərindən israfçılıqla istifadə etməsinəticəsindəbaş vermişdir.Bununla yanaşı,faydalı qazıntıların yer təkindən çıxarılmasını nəinki dayandırmaq,heç azaltmaq da olmaz,ona görə ki, sənaye və kəndtəsərrüfatı məhsullarının istehsalıbilavasitə mineral-xammal bazasının zənginliyi ilə əlaqədardır.
Buna görədə bəşəriyyət qarşısında faydalı qazıntıların çıxarılması ilə əlaqədar; yer təkindən faydalı kompanentlərin çıxarılmasının daha səmərəli üsullarının tapılib tətbiq olunması və əvvəllər əhəmiyyətsiz sayılan kasıb filizlərin istismara cəlb olunması üçün yeni texnologiyaların hazırlanıb tədbiq edilməsi kimi iki vacib problem durur.
Təbiət və İnsan münasibətlərinin sivil qaydada qurulması - dağ mədən müəssisələrinin işlədilməsi zamanı yer təkinin və ətraf mühütün mühafizəsi qaydalarına əməl olunması bu problemin həlli üçün əsas şərtlərdəndir.
Hazırda geologiya inkişaf etmiş təbiət elmlərindən biridir.Geologiyada dəqiqfiziki və kimyəvi tədqiqat metodlardan istifadə və ən yeni texnikanın tədbiqi,onunəsas sahələrindən olan mineralogiya və kristalloqrafiyanın da imkanlarını olduqca genişləndirmişdir.Nəticədə yeni-yeni minerallar kəşf olunur,kimyəvi elementlərarasında movcud olan mürəkkəb əlaqələr aydınlaşdırılır.
Son zamanlar geologiya elmində baş vermiş iri dəyişiklər geoloji tədqiqatlarınistiqamətini də dəyişmiş və təbiət elmləri sahəsində mövcud təsəvvürlərin genişlənməsinə səbəb olmuşdur.Bu həm də o deməkdir ki, geoloqlar, planetmizi bütöv şəkildə, vahid və qlobal olaraq qəbul edir və öyrənirlər.
Artıq geologiyanın yeni sahəsi olan kosmik geologiya inkişafdadır.Geoloqlar Günəş sistemi planetlərini , onların mineralogiyasını,geokimyasını və struktur-geoloji vəziyyətini tədqiq edirlər.Bu işdə geologiyaya kosmik cihazlar vasitəsiləmüxtəlif planetlərdən (Venera və Mars) və Aydan götürülmüş nümunələr kömək edir.
Bununla yanaşı insanları mineral-xammal resursları ilə təmin etmək vəzivəsini həll etmək bəşəriyyətin qarşısında gələcəkdə ən vacib problemlərdən biri olaraq durur. Bəşəriyyət bu problemi həll etmək iqtidarındadır.Amma, bundan ötrü bütün dünya ölkələrinin bu sahədə səylərinin birləşdirilməsi vacibdir.
Ağamahmud Səmədov

