Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 183 nəfər sağaldı, 5 nəfər öldü

Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 
Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 254 test aparılıb.