Sərt karantin rejiminin tələbləri yoxlanılır

Bakı şəhərinin müxtəlif küçə və yollarında stasionar postlar qurulub sərt karantin rejiminin tələbləri yoxlanılır.

Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  açıqlamasında bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi virusa qarşı mübarizədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejiminin tələblərini pozaraq icazəsz evdən çıxan sürücülər hüquqi məsulliyyətə cəlb olunur.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə və ictimai nəqliyyatdan istifadə edən vətədaşlara müraciət edərək onları qoruyucu vasitələrdən - tibbi maskalardan istifadə etməyə də çağırıb:

 
"Görülən tədbirlərə baxmayaraq, şəhərdə bəzi sürücülər və ictimai nəqliyyatdan istifadə edən vətədaşlar qoruyucu vasitəlrədən istifadə etmir. Virusa yoluxmamaq üçün ilk növbədə qoruyucu maskalardan istifadə edilməsi zəruridir".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.