Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.