Sərtləşdirilmiş karantin rejimi dövründə taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır
Sərtləşdirilmiş karantin rejimi dövründə taksi fəaliyyətinə icazə verilib. Həmin taksilərdə şəffaf arakəsmələr mütləq şəkildə olmalıdır.
Bu barədə iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Kamran Əliyev vurğulayıb ki, taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır. Onlar arxa oturacaqlarda aparılmalıdır. Həm sürücülər, həm də sərnişinlər taksilərdə mütləq qaydada tibbi maskalardan istifadə etməlidirlər.

