Sərtləşdirilmiş karantin rejimində yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI

Bu gündən 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər tətbiq edilir.

Operativ Qərargah-dan  verilən məlumata görə, bu müddət ərzində aşağıdakı xidmət sahələrinin fəaliyyəti icazə verilir:

Səhiyyə və sosial sahə üzrə:

elmi tədqiqat və laborator xidmətləri;
xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
baytarlıq xidmətləri;
tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
sosial xidmətlər;
sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
İnfrastruktur sahəsi üzrə:

kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
elektrik enerjisinin istehsalı və təchizatı;
su təsərrüfatı və meliorasiya;
telekommunikasiya və rabitə xidmətləri.
Nəqliyyat və logistika sahəsi üzrə:

hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
logistika xidmətləri;
ctimai nəqliyyat və taksi xidmətləri.
Əsas istehsalat növləri:

müdafiə sənayesi məhsullarının istehsalı;
neft avadanlıqları və qurğularının istehsalı;
qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
kimyəvi məhsulların istehsalı;
kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
metallurgiya sənayesi üzrə fəaliyyət;
tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4mühəndislik və layihələndirmə xidmətləri;
mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
qablaşdırma məhsullarının istehsalı;
daş, metal və taxta məhsullarının istehsalı;
mebel istehsalı və təmiri;
diri heyvanların kəsimi.
Pərakəndə və topdan satış üzrə:

ərzaq məhsullarının satış məntəqələri;
apteklər;
yanacaqdoldurma məntəqələri;
zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
onlayn satışlar.
Məişət xidmətləri üzrə:

məişət tullantılarının yığılması və utilizasiyası;
kimyəvi təmizləmə;
mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
avtomobillərin təmiri;
avtomobil yuyulma məntəqələri;
heyvan sığınacaqları.
Kütləvi informasiya vasitələri.

Maliyyə təşkilatları üzrə:
banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
investisiya şirkətləri, fond birjaları;
sığorta təşkilatları;
ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
Xüsusi xidmət növləri üzrə:

çatdırılma xidmətləri;
tərcümə xidmətləri;
poçt xidmətləri;
dezinfeksiya xidmətləri.
Vəkillik fəaliyyəti.