Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib

“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

Prezidentin Mətbuat xidmətindən  verilən məlumata görə, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.