Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin hərbi qulluqçularını və veteranlarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

 Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"