DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektprun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxıanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyatı ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictinaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.