Ruhu Laçınla qovuşanlar!

Laçın bu gün daha bir oğlunu, Elyar Əsədovu itirdi. Ürəyi laçınla döyünən daha bir türk oğlu bu fani həyatla vidalaşdı. Elyar müəllim sözün əsl mənasında VƏTƏNPƏRVƏR insan idi. O, Laçını aşıb-daşan, hərdən kükrəyən, hərdən də nəğmə deyirmiş kimi ahəstə axan Həkəri çayı kimi sevirdi. Vətənini ürəkdən sevən bir insanın edə biləcəyi hər bir şeyə hazır olan Elyar müəllimin Laçın böyüklükdə ürəyi var idi. Qorxubilməz bir ürəyi… İnanırdı Laçına qayıdacağına. Çox inanırdı…Kim bilir bəlkə də qayıdıb?! Bəlkə də indi sevdiyi, illərdir həsrətini çəkdiyi ata-baba ocağında dincəlir o məğlubiyyətlə barışmayan, qəzəbdən əsib-coşan, hərdən də kövrələn böyük insan?! Bəlkə də sağlığında ürəyinin yanğısını söndürə bilməyən buz bulaqlar indi öz oğlunun ruhunu sərinlədir?!

“Yer və İnsan” jurnalının kollektivi mərhumun yaxınlarına, xüsusilə “Yer və İnsan” jurnalının təsisçisi Azər Şükürova dərin hüznlə başsağlığı verir, mərhumun ruhuna Allahdan rəhmət diləyir!!!