Şuranın dəstəyi ilə həssas sosial qruplardan olan vətəndaşlara hüquqi yardım göstəriləcək

Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həssas sosial qruplardan olan vətəndaşlar üçün hüquqi xidmətlərin təşkili” layihəsinin icrasına başlayıb.


İctimai Birliyin sədri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə həmin əhali qrupun maariflənməsinə xidmət etməkdir.


Layihənin əsas benefisiarları əlilliyi olan şəxslər, müharibə veteranları və digər həssas sosial qruplardır.


Bu məqsədlə həssas sosial qruplara pulsuz hüquqi xidmətlərin göstəriləcək, əlililiyi olan şəxslərin, müharibə veteranlarının və şəhid ailələrin imtiyaz və hüquqları ilə bağlı   informasiya resurslarında hüquqi maarifləndirmə fəaliyyəti aparılacaq.


Eyni zamanda həssas sosial qrupların hüquqları ilə bağlı  4 veriliş hazırlanaraq internet televiziya və sosial şəbəkələr vasitəsilə  yayımlanacaq.


Hüquqi dəstək almaq üçün əlaqə vasitələri:


E-mail: [email protected]


Tel.: +994 12 595 2421