Sərhədlərimiz etibarlı  şəkildə  qorunur və mühafizə edilir

 

   Sərhəd  müstəqil dövlətimiz üçün  vacib və önəmli sahələrdən biridir .  Bəli, nəqədər  məsuliyyətli olsada  bu gün Dövlət Sərhəd Xidmətindən  yazacam.Bir təhsil işçisi  və uzun illər xidmət etmiş zabit kimi özümə borc bildim ki,Dövlət Sərhəd Xidmətinin yaranmasının  101-ci ili ərəfəsində,  müstəqil Azərbaycanın yarandığı   gündən müqəddəs  sərhədlərimizin  mühafizəsində əməyi olanlardan bəhs edim. 

  Azərbaycanda Dövlət Sərhəd Xidmətinin yaranma tarixi 1918-ci ildən başlanır. 1918-ci il iyunun 22-də Azərbaycan Demokratik Respublikası qurulanda ilk öncə sərhədlərimiz müəyyənləşdi və onların qorunması məsələsi gündəmə gəldi.  İlk  olaraq Poylu sərhəd postu yaradıldı. Başqa  istiqamətlərdə də yeni sərhəd  məntəqələrin yaradılması planlaşdırılaraq  və həyata keçirildi. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra  99 post yaradlılaraq  və  yeni yaranmış gənc dövlətimizin  sərhədləri mühafizəyə götürülmüşdür.İllər keçdi  müstəqil Azərbaycan  dövləti   süquta yetdikdən sonra sovet dövləti yarandı və doğma  Azərbaycanımız sovetlər birliyi tərkibində  İran və Türkiyə ilə  həmsərhəd oldu.Şimal istiqmətlərdə sərhəd ifrastrukturu ümumiyyətlə belə yox idi.lakin bu böyük bir işi görmək elədə asan deyildi. Bu gün artıq müstəqilik .Nə qədər çətin olsada  Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra   ordumuzun yenidən yaradılması ilə bərabər sərhəd  qoşunlarının yaradılması da əsas prioritet məsələlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin keçdiyi çətin və şərəfli yol  dövlətimiz üçün bir nümunə və  örnək oldu . Sərhədlərimizin öz sərhədçilərimiz tərəfindən qorunması isə müstəqilliyimizin  əsas  və vacib  amillərinin birinə  çevrildi.

  Bu gün Azərbaycan Sərhəd Mühafizəsi etibarlı  inkişafa  nail olmuş, sərhədlərimizin  hüdudlarının professional  səviyyədə mühafizəsini   həyata keçirir. Dövlət Sərhəd Xidmətinin Rəisi General-Polkovnik Elçin Quliyevin  bacarıqlı və səriştəli rəhbərliyi altında  Dövlət Sərhəd  Xidmətinin maddi texniki bazası modernləşdirilmiş və qabaqcıl dövlətlətrin səviyyəsinə gətirilmişdir.Bu gün DSX   Vətənimizin qərb bölgəsində Ermənistanla həmsərhəd ərazilərdə döyüş növbətçiliyini yüksək əzm və şərəflə yerinə yetirirərək Ermənistan Silahlı Qüvvələrinin törətdiyi bütün təxribatların qarşısını  mətinliklə aır.  Silahlı Qüvvələrimizin  Ali Baş Komandanı, Cənab   İlham Əliyev tərəfindən  Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu bütün     tapşırıqlar şərəflə,ləyaqətlə  və məsuliyyətlə  yerinə yetirilir.DSX-nin şəxsi heyəti gecə- gündüz  erməni ordusunun  müxtəlif növ silahlardan  atdıqları atəş nöqtələrini  qəhrəmancasına susdurur və bir daha sübut edirlər  ki, DSX-nin zabit və əsgərləri    qorxmadan döyüş  aparmaq qabilyyətinə malikdirlər.

    Dövlət Sərhəd Xidməti bir qürum olaraq     ictimayyətlə sıx əlaqələr qurmuşdur .Mən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı kimi onu qeyd etmək istəyirəm ki, DSX-nin zabitləri  mütamadi olaraq ümumtəhsil məktəblərində  Hərbi Vətənpərvərlik tərbiyəsi istiqamətində müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edirlər.Artıq bir neçə  ildir ki   Dövlət Sərhəd Xidməti  tərəfindən Bakı şəhəri üzrə seçilmiş ümumtəhsil məktəbləri arasında "Sərhədçi" hərbi idman oyunları keçirilir.Keçirilən "Sərhədçi"hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə ,onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək ,sağlam və gümrah gənclər yetişdirmək ,onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.Keçirilən yarışlarda  iştirak edən gənclər sıra hazırlığı ,sərhəd naryadı tərəfindən nəqliyyat  vasitələrinə baxışın təşkili ,avtomatın sökülüb yığılması ,sərhəd pozuçusunun  yaxalanması  və təxliyyəsi ,hədəfə atəş açılması ,yaralanmış sərhəd naryadının  üzvünə  ilk tibbi yardımın göstərilməsi  və digər meyarlar və elementlər üzrə öz bacarıqlarını sınayırlar. Məhz bu  keçirilən bu tədbirlərdən sonra yuxarı sinif şagirdlərinin  Sərhədçi peşəsinə olan sevgisi ildən- artır .

Bu gün  gün   Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaranmasının 101 illiyini qeyd edirik.Bu illər boyu keçdiyi şərəfli yolu nəzər yetirsək bir daha  əmin oluruq ki,sərhədlərimiz etibarlı  şəkildə  qorunur və mühafizə edilir.

Dövlət Sərhəd Xidmətinin yaranması günü münasibəti generallarımızı,zabitlərimizi ,çavuş və əskərlərimizi peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir,onlara uzun ömür və cansağlığı  arzulayıram.

Ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov