Qaxda həmyerlisinin avtomobilini qaçıran yeniyetmə saxlanılıb

Qaxda həmyerlisinin avtomobilini qaçıran yeniyetmə saxlanılıb.


DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in " 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus " VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.


Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.