Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir

Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qəbul etdiyi Qərarda əksini tapıb.

Qeyd edək ki, Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.