Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı

Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Yerveinsan.az-ın Nazirliyə istinadən məlumatına görə, bu gün 59 şagird və 4 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

7 şagird və 6 işçidə koronavirus aşkarlanıb.