Ali məktəblərə dövlət sifarişi üzrə yerlərin sayı artırılıb

2020-2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə plan yerlərinin sayı artırılıb. Bu il ayrılan yerlərin sayı 21799-dur ki, bu da ötən illə müqayisədə 1610 yer çoxdur.

Yerveinsan.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, I qrup üzrə 9260, II qrup üzrə 4115, III qrup üzrə 4256, IV qrup üzrə 2625, V qrup üzrə 1513 yerdir.