Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər - Nazir

Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son günlərdə qeydə alınan yoluxma sayları sürətlə artır:" Təhsil sistemində 2 milyona yaxın təhsilalanı özündə tənsil edir. Bu təhsilalanların məktəbə getməsi yoluxma hallarının sayının artmasına təkan verə bilər".

 
E.Əmrullayev əlavə edib ki, son günlər ərzində koronavirusa görə bağlanan məktəblərin sayı çoxalıb.