Ekologiya və Təbii Sərvətlər naziri əmr imzalayıb

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azər Məcid oğlu Şükürovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin sədr müavini təyin olunması haqda əmr imzalayıb.

Azər Şükürov 1991-ci ildə  Moskva Dağ-Mədən İnstitutunu bitirib. Dağ-mədən mühəndisidir. Uzun müddət dağ-mədən mühəndisi kimi fəaliyyət göstərib.  “YER və İNSAN” elmi-nəzəri jurnalının və üç dildə fəaliyyət göstərən http://yerveinsan.az/ informasiya portalının təsisçisidir.

Qeyd edək ki, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”  “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.

“YER və İNSAN” elmi-nəzəri jurnalının kollektivi Azər müəllimə uğurlar arzulayır.