Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğunlaşdırılıb

Nazirlər Kabineti 439 №li Qərarına izah verib

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədilə “Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust 133 nömrəli Qərarının adında “əlillərinin” sözü “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilib.