Daşkəsənə qar yağıb - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, noyabrın 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv olub, Daşkəsəndə qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 96 (aylıq normanın 292 faizi), Astarada 6, Lerikdə 4, Lənkəranda 3, Ordubad, Yardımlıda 2, Ağdərə, Daşkəsən, Naxçıvan, Biləsuvar, Şahbuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 57 (aylıq normanın 195 faizi), Maştağada 41 (aylıq normanın 108 faizi), Bakıda 38 (aylıq normanın 130 faizi), Sumqayıtda 15 mm (aylıq normanın 54 faizi) olub.

 
havanın temperaturu Bakıda iqlim norması daxilində olub, maksimal temperatur BakıAbşeron yarımadasında 12-14, aran rayonlarında 14-17, dağlıq rayonlarda 0-4, Naxçıvan MR-da 10-12 dərəcə isti olub.