Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq 

Elektrikləşmənin sürətləndirilməsi enerji keçidinin əsas istiqamətlərindən biridir və bu məsələ COP31 çərçivəsində də diqqət mərkəzində olacaq.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

M.Babayev bildirib ki, enerji keçidinin sürətləndirilməsi üçün elektrikləşmə ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, COP29-da əldə olunan razılaşmaların icrası və onların növbəti mərhələdə konkret fəaliyyətə çevrilməsi COP31-in əsas istiqamətlərindən biri olacaq.

M.Babayev vurğulayıb ki, bu baxımdan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və enerji keçidinin maliyyələşdirilməsi xüsusi əhəmiyyət daşıyır.