Ramin Bayramlı: Koronavirusun ikinci dalğası ilə çətin vəziyyət yaşayırıq

Koronavirusun ikinci dalğası ilə çətin vəziyyət yaşayırıq .

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

R.Bayramlı bildirib ki, bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır: “Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki, biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil. Ona görə də vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq”.